"Ayaks"ın kapitanı Matteys de Liqtin "Yuventus"a keçidi rəsmiləşib.

Offsideplus.az-ın Turin klubunun saytına istinadən yaydığı xəbərə görə, 19 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün İtaliya təmsilçisinin 75 milyon avro təzminat ödəyəcəyi bildirilib.

Qeyd edək ki, de Liqt 2016-cı ildən Hollandiya klubunda oynayırdı.