“Ayaks”ın müdafiəçisi Matteys de Liqtin “Barselona”ya keçidi baş tutmayacaq.

Offsideplus.az xəbər verir ki, hollandiyalının keçidi agenti Mino Rayolaya görə gerçəkləşməyəcək.

Futbolçunun “Bavariya” və “Yuventus”dan birinə keçəcəyi gözlənilir. Bu keçidin məbləği 60 milyon avrodan aşağı olmayacaq.

Qeyd edək ki, de Liqtin transferi 2019-cu ilin yayında rəsmiləşəcək.