ABŞ hökuməti İranın futbol nümayəndə heyətinə vizanı rədd edib.

Offsideplus.az xəbər verir ki, bununla da, komandanın 2026-cı il dünya çempionatının püşkatma mərasimində iştirakına imkan verilməyib.

Məlumata görə, vizası təsdiqlənməyən şəxslər arasında İran Futbol Federasiyasının prezidenti, milli komandanın baş məşqçisi və yeddi yüksək səviyyəli əməkdaş yer alıb.

Bu qərarın İsraillə bağlı gərginlik fonunda verildiyi bildirilir. ABŞ-nin bu addımı beynəlxalq futbol ictimaiyyətində müzakirələrə səbəb olub.