Bu gün Qətərdə keçirilən DÇ-2022-nin final oyunu baş tutub.

Offsideplus.az xəbər verir ki, finalda son çempion Fransa millisi ilə Argentina üz-üzə gəlib.

"Lusail" stadionunda keçirilən və polşalı referi Şimon Marçinyakın idarə etdiyi oyun dramatik məcrada keçib. Əsas vaxtı 3:3 hesablı bərabərliklə başa çatan oyun penaltilər seriyasına qədər uzanıb. Burada daha dəqiq olan (4:2) Argentina millisi tarixində 3-cü dəfə dünya çempionu adının qazanıb.

İkiqat dünya çempionu Fransa isə gümüş mükafatçı olub.

18 dekabr

DÇ-2022, Final