Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuşu tənqid edib.
Offsideplus.az xəbər verir ki, o, çalışdırıcının 37 yaşlı hücumçunu DÇ-2022-nin 1/4 finalında Mərakeşlə matçda start heyətdə oynatmaması ilə bağlı bunları yazıb:
“Məşqçiniz və dostunuz pis qərar verdi. Elə heyranlıqla, hörmətlə danışdığınız həmin dost. Nə baş verdiyini görüb səni oyuna daxil edəndə çox gec idi. Dünyanın ən yaxşı oyunçusunu və komandanın ən təhlükəli silahını qiymətləndirməmək olmaz. Həyat bizə dərslər verir. Kriştiano, uduzmadıq, amma yeni bir şey öyrəndik. Biz hələ də sizə heyranıq”.
Qeyd edək ki, Portuqaliyanın Mərakeşə (0:1) məğlub olduğu oyunda Ronaldo ikinci hissədə meydana çıxıb.