Qətərdə keçirilən DÇ-2022-nin 7 matçına ev sahibliyi edən “947” stadionunun sökülməsi prosesinə start verilib.

Offsideplus.az xəbər verir ki, dünən artıq arenaya tikinti texnikası gətirilib. Onlar stadionu əhatə edən konstruksiyaları sökməyə başlayıblar.

Həmçinin, işçilər stadionun perimetri ətrafında turnirin loqoları olan plakatları yığışdırırlar.