Corcina Rodriges sevgilisi Kriştiano Ronaldonun İsveçrəyə qarşı DÇ-2022 matçına ehtiyatda başlamasını bəyənməyib.
Offsideplus.az xəbər verir ki, Corcina Portuqaliya millisinin baş məşqçisi Fernando Santuşun bu qərarından razı qalmadığını instaqram səhifəsində etdiyi paylaşımda bildirib:
"Təbriklər, Portuqaliya. 11 futbolçu himni oxuyanda bütün gözlər sənin üstündə idi. Dünyanın ən yaxşı futbolçusunun 90 dəqiqə oynamadığını görmək rüsvayçılıqdır. Azarkeşlər səni dəstəkləməkdən və adını qışqırmaqdan əl çəkmirlər. Ümid edirəm Tanrı və əziz dostun Fernando (red. - baş məşqçi Fernando Santuş) əl-ələ verib, bizi daha bir gecə xoşbəxt edər".
Qeyd edək ki, 37 yaşlı hücumçu 6:1 hesabı ilə yekunlaşan oyunun 74-cü dəqiqəsində meydana daxil olub.