Braziliya yığması ciddi itkilərlə üzləşib.

Offsideplus.az xəbər verir ki, komandanın hücumçusu Qabriel Jesus və müdafiəçi Aleks Telles sıradan çıxıb. Hər ki futbolçu dizindən xəsarət alıb.

Jesus təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacaq. Tellesinin isə durumunun daha ciddi olduğu və onun əməliyyat ediləcəyi bildirilib. Bu isə o deməkdir ki, futbolçular üçün DÇ-2022 erkən başa çatıb.

Qeyd edək ki, "Sambaçılar" mundialın 1/8 finalında Cənubi Koreya ilə qarşılaşacaq. Dekabrın 5-də keçiriləcək matç Bakı vaxtilə saat 23:00-da başlayacaq.