DÇ-2022-nin B qrupu üzrə III turda sabah ABŞ millisi İran yığması ilə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, oyundan öncə ABŞ Futbol Federasiyası qalmaqallı paylaşım edib. Qurumun Tviter səhifəsinin paylaşdığı şəkildə İranın bayrağında İslam Respublikasının dövlət gerbi təsvir olunmayıb və İranda hüquqları tapdalanan qadınlara dəstək məqsədilə bu addımı atdıqlarını bildiriblər. Daha sonra həmin qalmaqallı paylaşım sosial şəbəkə hesablarından silinib. 

İran isə bu hərəkətə görə FIFA-ya şikayət ərizəsi ünvanlayıb,  ABŞ-nin mundialdan uzaqlaşdırılmasını tələb edib. 

İran və ABŞ 1980-ci ildən bəri diplomatik əlaqələri kəsib.

Qeyd edək ki, İran - ABŞ matçı noyabrın 28-i Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

FilMDXCXEAYiaer