ABŞ-ın “Los-Anceles” klubunda çıxış edən Qaret Beyl Uels yığma komandasının tarixinə düşüb.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı hücumçu buna Qətərdə təşkil olunan dünya çempionatında İrana qarşı oyunda meydana çıxmaqla nail olub.
Beyl millidə 110-cu matçında iştirak edir. O, komanda yoldaşı Kris Qanteri (109) geridə qoyub.