"Real"ın hücumçusu Kərim Benzema zədə səbəbindən DÇ-2022-də iştirak edə bilməyəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, Dohada tibbi müayinədən keçdikdən sonra 34 yaşlı oyunçunun bud nahiyyəsindən aldığı zədə üzündən 3 həftə yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib.

Qeyd edək ki, Fransa millisində daha əvvəl Presnel Kimpembe, Pol Poqba, Nqole Kante və Kristofer Nkunku da zədə səbəbindən mundialda iştirak edə bilməməsi təsdiqlənmişdi.