Mundialın finalında bir qədər əvvəl başa çatan Fransa - Xorvatiya matçının ən yaxşı futbolçusu bəlli olub. 

Offsideplus.az xəbər verir ki, Fransa millisinin üzvü Antuan Qrizmann oyunun ən yaxşısı seçilib.

Qeyd edək ki, A.Qrizmann 4:2 hesabı ilə qalib gəldikləri görüşdə komandasının 2-ci qolun müəllifi olub.