Niderland millisi və "Roma" klubunun üzvü Corcinyo Veynaldum Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi DÇ-2022-ni buraxacaq. Məşqdə sağ ayağının baldır sümüyü sınan oyunçu həkimlərlə məsləhətləşdikdən sonra əməliyyatdan imtina etmək qərarına gəlib. O, 2023-cü ilin əvvəlində yaşıl meydanlara qayıdacaq. 

Qeyd edək ki, dünya çempionatı 20 noyabr - 18 dekabr tarixlərində baş tutacaq.