Rusiyanın paytaxtı Moskvada taksi sürücüsü idarə etdiyi avtomobili qəfildən səkidən keçən azarkeş dəstəsinin üzərinə sürüb.
Offsideplus.az xəbər verir ki, hadisə nəticəsində çoxsaylı xəsarət alanlar olsa da, xoşbəxtlikdən ölən olmayıb. Sosial şəbəkələrdə hadisənin video kadrları yayılıb. Videodan da göründüyü kimi, ətrafdaki insanlar dərhal sürücüyə hücum çəkir, o isə qaçmağa başlayıb.
Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsindən yayılan rəsmi məlumata görə, sürücü Qırğızıstan vətəndaşı Çingiz Anarbek olub. Onun 2013-cü ildən sürücülük vəsiqəsi olsa da, Moskvada bir ay olar ki, taksi sürücüsü işləyir. Srücünün bildirdiyinə görə, hadisəyə səbəb onun sükan arxasında yuxulaması olub. O, 20 saat yuxusuz olduğunu bildirib. Hadisə nəticəsində xəsarət alanlar Rusiya, Azərbaycan, Meksika və Ukrayna vətəndaşları olub.
Xəsarət alan Azərbaycan vətəndaşları iki nəfər olub. Onların adları və xəsarət səviyyəsi barədə ətraflı məlumat verilmir.(sport7.az)