İspniya millisinin qapıçısı David De Xea DÇ-2018 qrup mərhələsi ilk oyunları çərçivəsində Portuqaliyaya qarşı oynadıqları oyun (3:3) haqda danışıb.
Qapıçının sözlərinə görə, əldə olunan nəticə komanda daxilində normal qarşılanır.
“Biz çox sakitik, çünki bu hələ ilk oyundur. Portuqalları məğlub etmək elə də asan deyil. Hazırlıqlarımızı davam etdirəcəyik. Bu mərhələni adladıq, ikinci matça hazırlaşacağıq”
De Xea Ronaldonun zərbəsindən sonra buraxdığı səhv haqda da danışıb:
“Bəli, orada səhvim var idi. Ancaq bu hər qapıçının başına gələ bilər. Çətin oyun oldu, artıq növbəti oyunlara baxacağıq”