FİFA 2026-cı il dünya çempionatını keçirmək üçün 2 ərizəni təsdiqləyib.
Offsideplus.az xəbər verir ki, qərar Moskvada keçirilən FİFA Şurasının iclasında verilib. ABŞ-Meksika-Kanada üçlüyünün birgə və Mərakeşin fərdi namizədliyi qeydə alınıb.Qurumun prezidenti Canni İnfantino bildirib ki, namizədliyin irəli sürülməsi prosesində pozutu qeydə alınmayıb.
DÇ-2026 uğrunda mübarizənin qalibi iyunun 13-də Moskvadakı Konqresdə açıqlanacaq.