Rusiyada futbol üzrə 2018-ci il dünya çempionatının keçiriləcəyi şəhərlərdə yanğın əleyhinə xüsusi rejim tətbiq olunacaq.
Offsideplus.az xəbər verir ki, belə tövsiyəni regionlara Fövqəladə Halların Ləğvi üzrə Dövlət Komissiyası verib. Çempionat oyunlarının keçiriləcəyi şəhərlərin ərazisində bütün kateqoriyalı torpaqlarda ocaq qalanması, habelə quru otun yandırılması qadağan ediləcək. Meşə yanğını vəziyyəti mürəkkəbləşsə, vətəndaşlara meşələrə giriş qadağan oluna bilər.
Yanğın əleyhinə xüsusi rejim regional və bələdiyyə hakimiyyətlərinin təsdiqlədiyi əlavə təhlükəsizlik tələblərini nəzərdə tutur. Qadağa, əsasən, adi tonqallarların yandırılmasından əlavə, manqallardan istifadəyə də aiddir.
Belə rejimin pozulması qarşılığında yüksək cərimələr də nəzərdə tutulub. Bu, vətəndaşlar üçün 2 min rubldan 4-5 min rubladək, vəzifəli şəxslər üçün 15 min rubldan 30-40 min rubladək, hüquqi şəxslər üçün 200 min rubldan 400-500 min rubladəkdir.
Qeyd edək ki, dünya çempionatının oyunları Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. (Report)