Serbiya Futbol İttifaqının vitse-prezidenti Marko Panteliç DÇ-2022-nin seçmə qrup mərhələsinin püşkünü dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, ötənlərin hücumçusu püşkün nəticəsindən qane olduqlarını vurğulayıb:.
Onun sözlərinə görə, dünya çempionatına birbaşa vəsiqə qazanmaq istədiklərindən birinci pilləni hədəfləyiblər: "Portuqaliya yığması çoxdankı tanışımızdır. Bu rəqiblə əvvəlki seçmə mərhələlərdə də qarşılaşmışıq. Sözsüz ki, bizi bu komandayla iki çətin və maraqlı oyun gözləyir. İrlandiya ilə də yaxşı tanışıq. Özünəməxsus üslubu var və son illərdə inkişaf etdməkdədirlər. Avropa çempionatının seçmə mərhələsində rəqibimiz olmuş Lüksemburq millisini yaxşı tanıyırıq. Azərbaycan yığması ilə çoxdandır oynamırıq. Amma bu, sözsüz ki, maksimal nəticəyə nail olmaq istədiyimiz rəqiblərimizdəndir. Əlbəttə, qrupda birinci yer uğrunda mübarizə Portuqaliya və Serbiya arasında gedəcək".