2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təqvimi açıqlanıb.

Offsideplus.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnirin açılış matçı noyabrın 21-də yerli vaxtla 13:00, Bakı vaxtı ilə 14:00-da meydan sahibinin iştirakı ilə "Al Bayt" stadionunda keçiriləcək. Sözügedən stadionun azarkeş tutumu 80 000-dir.

Final qarşılaşması isə dekabrın 18-də saat 18:00-da (Bakı vaxtı ilə 19:00) "Lusail" arenasında olacaq.

Qrup mərhələsinin matçları 21 noyabr - 2 dekabr tarixləri arasında baş tutacaq. Qrup mərhələsi 12 gün davam edəcək və tamaşaçılar hər gün 4 oyun izləyəcəklər.

1/8 finalın oyunları 3-6 dekabr, 1/4 final qarşılaşmaları 9-10 dekabr, yarımfinal görüşləri isə 13-14 dekabrda oynanılacaq.

Qeyd edək ki, dünya çempionatı tarixində ilk dəfə qış fəslində təşkil olunacaq. Munidala xüsusi hazırlaşan turnir üçün 12 stadion istifadəyə verəcək.