FIFA prezidenti Canni İnfantino Macarıstanın paytaxtı Budapeştdə keçirilən Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) seminarındakı çıxışında Qətərdə keçirilən mundialın əhəmiyyətindən danışıb.
Offsideplus.az xəbər verir ki, 50 yaşlı funksioner futbolu qloballaşdırmaq istədiyini bildirib: "Yaxın Şərqdə ilk dəfə Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatı bütün dünya üçün dönüş anı olacaq. Bu, dünyanı müsbətə doğru dəyişəcək fantastik hadisədir. Çünki insanlar Qətərə yollanarkən, ərəb dünyasına qarşı düşüncələrimizin əsası yoxdur. Diqqət yetirsəniz, görəcəksiniz ki, ən yaxşı futbol bir necə ölkədə cəmləşib. Biz futbolun yalnız bir neçə ölkədə mövcudluğunun qayğısına qalmamalıyıq. Məhz bu səbəbdən, Afrikaya səfər etmişdim. Rusiyadakı son dünya çempionatında səkkiz 1/4 finalçıdan 6-sı Avropa ölkəsi idi. Avropa və dünyanın digər hissəsi ilə fərq get-gedə böyüyür".