Dünya Kubokunun yarımfinalında Argentinaya 2-1 hesabı ilə məğlub olan İngiltərə millisi və baş məşqçi Tomas Tuxel ölkə mətbuatının ağır tənqidləri ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, İngiltərənin aparıcı media qurumları komandanın qorxaq və nəzarətsiz oyununu kəskin şəkildə qınayıblar.

​Manşetlərdə yer alan əsas tənqidlər aşağıdakı kimidir:

  • ​The Guardian: "Argentina iddia və istək nümayiş etdirdi. Tuxel isə qorxu göstərdi."
  • ​The Telegraph: "İngiltərə öz köhnə kabuslarına və tarixi təşvişinə yenidən təslim oldu."
  • ​The Times: "İngiltərə oyuna olan nəzarəti tamamilə itirdi."
  • ​talkSPORT: "Tuxel taktiki cəhətdən tamamilə uğursuzluğa düçar oldu."

​Turnirdəki bu uğursuzluq, Pep Qvardiolanın son anda millidən imtina etməsindən sonra sükan arxasına keçən alman mütəxəssisin gələcəyi və taktiki seçimləri barədə ölkədə ciddi müzakirələrə yol açıb.