Neymar karyerasını Səudiyyə Ərəbistanının "Əl Hilal" klubunda davam etdirəcək. 

Offsideplus.az xəbər verir ki, ərəb klubunun braziliyalı ulduzla müqavilənin şərtləri bəlli olub. "Foot Mercato"nun məlumatına görə, "Əl Hilal" Neymara 2 illik müqavilə qarşılığında 120 milyon avro maaş ödəyəcək. Klub Neymara özəl təyyarə, lüks malikanə, 80 000 avro qələbə mükafatı verəcək. 

Neymar Səudiyyə Ərəbistanını reklam etdiyi hər "story" və şəkil paylaşımı üçün 500 000 avro gəlir əldə edəcək.

Qeyd edək ki, "sambaçı" yeni klubu ilə müqavilə imzalamaq üçün tibbi müayinədən keçib. Tezliklə müqavilə bağlanacaq.