İngiltərənin "Mançester Siti" klubunun sağ cinah vingeri Riyad Mahrez karyerasını Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Əhli"də davam etdirəcək.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, 32 yaşlı futbolçu "Əl Əhli" ilə anlaşıb.

Keçid ərəblər üçün 35 milyon funt sterlinqə başa gələcək.