“Match TV” beynəlxalq turnirində "Neftçi" bu gün sonuncu qarşılaşmasına çıxacaq. 

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" Türkiyənin "Fənərbağça" komandası ilə üz-üzə gələcək. Görüş "Smena" stadionunda Bakı vaxtı ilə saat 15:00-da baş tutacaq. 

Qeyd edək ki, "Neftçi" ilk matçda Rusiya "Zenit"inə 1:3, daha sonra Serbiyanın "Srvena Zvezda" komandasına 0:4 hesabı ilə uduzub.