Cənubi Koreya çempionatında 21-ci turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Suvon”la qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Milli üzvü 59-cu dəqiqədə sarı vərəqə də alıb.
“Daejeon” hazırda 29 xalla 6-cı pillədə qərarlaşıb.