"İnter Mayami" klubu Leo Messinin keçmiş komanda yoldaşlarını gətirə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun prezidenti Jorje Mas açıqlama verib. O, deyib:

"Daha 2 və ya 3 futbolçu transfer edəcəyik. Jordi Alba ilə görüşmüşük, Luis Suarezin müqaviləsi və sərbəst qalma şərti var. Onun transferinin gerçəkləşəcəyindəb əmin deyilik".

Qeyd edək ki, Leo Messi MLS klubunda çıxış edir.