Azərbaycanlı FİFA referisi Elçin Məsiyev Macarıstanda keçirilən gənclər arasında (U-17) Avropa çempionatının final mərhələsininin növbəti oyununu idarə edib.

Offsideplus.az xəbər verir ki, Məsiyev Sloveniya - İtaliya (0:3) görüşündə ədaləti qoruyub.

O, bu görüşdə sloveniyalı futbolçuya qırmızı vərəqə göstərib.

Elçin Məsiyevin köməkçiləri Elşad Abdullayev və Adami Cefri (Niderland) olub.