Futbol üzrə Ukrayna çempionatında 23-cü turun matçları keçirilir.

Offsideplus.az xəbər verir ki, Emil Mustafayevin formasını geyindiyi “Aleksandriya” “Krivbas”la üz-üzə gəlib.

Mustafayevin komandası bu görüşdə 1:2 uduzub.

U-21 yığmamızın sabiq üzvü meydana 73-cü dəqiqədə çıxıb. “Aleksandriya” 34 xalla 5-ci pillədədir.