“Ankaragücü” klubu braziliyalı müdafiəçisi Marlonla yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçu Ankara təmsilçisindən ayrılaraq ölkəsinə qayıdıb.
Sol cinah müdafiəçisi Braziliyanın “Kruzeyro” klubu ilə müddəti 2025-ci ilin 31 dekabrına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Marlon Türkiyə klubuna bu mövsümün əvvəlində “Fluminense”dən gəlmişdi.