Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, Zaqreb təmsilçisi Sloveniyanın “Çelye” klubu ilə qarşılaşıb. Üç hissədən ibarət olan görüş 1:1 hesabı ilə başa çatıb.

Emreli start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.