Polşa çempionatında 15-ci turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi "Visla" (Plotsk) öz meydanında "Şlensk"lə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub.

Millimizin üzvü bu  matçda meydana çıxmayıb. Krivotsyuk sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, ​“Visla” turnir cədvəlində hazırda 25 xalla 5-ci pillədə yer alıb.