Azərbaycan Atıcılıq Federasiyası 2022-2023-cü tədris ili üçün 11-15 yaş arası yeniyetmələri idmanın güllə və stend atıcılığı növləri üzrə bölmələrə qəbulunu elan olunub.

Offsideplus.az xəbər verir ki, məşğələlər peşəkar məşqçilər tərəfindən həftənin şənbə və bazar günləri Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Bakı Atıcılıq Mərkəzində keçiriləcək:

"Qəbul üçün yerlər məhduddur. Əlavə məlumat üçün federasiyaya müracit etməyiniz xahiş olunur".