"Formula 1" üzrə Bəhreyn Qran-Prisi bu gün başa çatıb. 

Offsideplus.az xəbər verir ki, yarışa pouldan başlayan "Maklaren"in avstraliyalı pilotu Oskar Piastri qalib gəlib. O, cari mövsüm F1-də iki qələbə qazanan ilk pilot olub. Piastrinin komanda yoldaşı Lando Norris üçüncü yerdə qərarlaşıb. 

İkinci yeri "Mersedes" komandasından Corc Rassel tutub.

Pilotların turnir cədvəlində ilk üçlükdə vəziyyət aşağıdakı kimidir:

1. Lando Norris (77 xal)

2. Oskar Piastri (74 xal)

3. Maks Ferstappen (69 xal)

Qeyd edək ki, növbəti yarış aprelin 20-də Səudiyyə Ərəbistanında keçiriləcək.