İsveçrə Super Liqasında 13-cü turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" "Sürix"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunu qələbə ilə başa vurub (4:1).

Yığmamızın hücumçusu 78-ci dəqiqədə oyuna daxil olub. 

Qeyd edək ki, "Qrasshopper" 17 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb.