Polşa çempionatında 11-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Pyast”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. 

Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. 

Qeyd edək ki, “Visla” 11 turdan sonra 20 xalla 18 iştirakçı arasında 1-ci pillədə qərarlaşıb.