Futbol üzrə İsveçrə kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” səfərdə aşağı liqa təmsilçisi “Qoldstern”lə qarşılaşıb. 3:0 hesablı qələbəyə sevinən “Qrasshopper” növbəti mərhələyə adlayıb.

Renat bu görüşün iştirakçısı olmayıb. Onun adı bu oyunun iştirak ərizəsinə də daxil edilməyib.