Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi "Visla" (Plotsk) Polşa Ekstraklasasında növbəti görüşünü keçirib.
Offsideplus.az xəbər verir ki, Plotsk təmsilçisi səfərdə "Radomiak Radom"la üz-üzə gəlib. Oyun millimizin üzvünün komandasının 2:0 hesablı məğlubiyyəti ilə başa çatıb.
Anton bu matçda iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.
Qeyd edək ki, “Visla” (Plotsk) 9 turdan sonra 17 xalla turnir cədvəlinin ilk pilləsində yer alıb.