İsveçrə kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də ölkə kubokunda ilk matçına çıxıb.

Sözügedən komanda səfərdə aşağı liqa təmsilçisi “Vettsvil-Bonştetten”lə üz-üzə gəlib. 4:0 hesablı qələbəyə sevinən “Qrasshopper” növbəti mərhələyə adlayıb.

Renat Dadaşov bu görüşün iştirakçısı olmayıb. Koronavirusdan yenicə sağalmış hücumçunun adı bu oyunun iştirak ərizəsinə də daxil edilməyib.