İsveçrə çempionatında 5-ci turun rəmzi komandası açıqlanıb.
Offsideplus.az xəbər verir ki, “Qrasshopper”də çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da ən yaxşılar arasında yer alıb. Dadaşov 7,3 balla rəmzi komandaya düşüb.
O, “Sion”la oyunda komandasının 2-ci qolunu vurub. Görüş heç-heçə (2:2) başa çatıb.
Qeyd edək ki, Renat İsveçrə çempionatında 4 oyuna 3 qol vurub və 1 qol ötürməsi verib.