Azərbaycan yığmasının futbolçusu Höccət Haqverdi "Sumqayıt"dan ayrılıb.
Offsideplus.az xəbər verir ki, müdafiəçi İran çempionatında mübarizə aparan Cənubi Azərbaycan təmsilçisi "Traktor"a transfer olunub.
"Sumqayıt" oyunçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.