DÇ-2022-nin pley-off mərhələsi çərçivəsində Şotlandiya və Ukrayna yığmaları arasında keçiriləcək yarımfinal oyununun vaxtı dəqiqləşib.

Offsideplus.az xəbər verir ki, görüş iyunun 1-də keçiriləcək. Bu cütün qalibi ilə Uels arasında Kardiffdə keçiriləcək matçın da vaxtı açıqlanıb. Həlledici görüş iyunun 5-də baş tutacaq. 

Yarımfinal və final oyunlarından sonra DÇ-2022-nin daha bir iştirakçısı bəlli olacaq. Mundialın final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq. Şotlandiya/Ukrayna - Uels duelinin qalibi DÇ-də İngiltərə, İran və ABŞ-la birgə B qrupunda mübarizə aparacaq.