İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Futbol İttifaqının (RFS) şikayətini təmin etməyib.
Offsideplus.az xəbər verir ki, RFS-in 2022-ci il dünya çempionatının pley-off mərhələsinin oyunlarının təxriə salınması ilə bağlı müraciəti geri çevirilib.
Bildirilib ki, Polşa, İsveç və Çexiya Futbol Assosiasiyaları pley-offda Rusiyaya qarşı oynamamaq qərarlarını açıq şəkildə elan ediblər.
Xatırladaq ki, FİFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmalarının və klublarının beynəlxalq turnirlərdə iştirakına qadağa qoyub.