"Barselona"nın prezidenti Joan Laporta Lionel Messi haqda danışıb.
Offsideplus.az xəbər verir ki, klub rəhbəri "Barsa TV"yə açıqlamasında argentinalı ulduzu maliyyə şərtlərinə görə saxlamadıqlarını və buna görə peşman olmadıqlarını bildirib:
"İndiyədək verdiyim ən ağır qərar idi. Bu barədə heç bir şey demək istəmirdim, amma maliyyə səbəblərə görə bu addımı atdıq. Lakin peşmanlıq hissi keçirimirik.Heç kim "Barselona"dan yüksək deyil. Düzgün verilmiş qərarlar kluba xeyir verəcək".