"Şaxtyor" klubunun futbol akademiyasının məşqçisi Rusiya ordusunun atdığı mərmi tərəfindən həlak olub.
Offsideplus.az xəbər verir ki, bu haqda klubun baş direktoru Sergey Palkin açıqlama verib.
"Akademiyamızda çalışan əməkdaşımız dünən vəfat etdi.Rus mərmisi onu öldürüb. Rusiya ukraynalıları öldürür. Bu dəliliyə son qoyun! Susmayın, danışın! Yoxsa bu, sizin şəxsi məğlubiyyətiniz olacaq. Həmçinin, yaşananlar gələcək nəsillərin yaddaşında qalacaq və dünya tarixindən silinməyəcək bir məğlubiyyət . Bu törədilən cinayətlərə görə hamınız məsuliyyət daşıyacaqsınız".