Dieqo Perotti karyerasını İtaliya 2-ci liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı azad agent olan argentinalı futbolçu B Seriyası təmsilçisi "Viçenza"ya keçə bilər. Adı çəkilən oyunçunun son klubu "Fənərbağça" olub.
Qeyd edək ki, Perotti karyerası ərzində İtaliyada "Cenoa" və "Roma"nın şərəfini qoruyub.