"Xoan Qamper kuboku"nun finalında "Barselona" ilə "Yuventus" qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, matç "Barselona"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə xüsusi fərqlənənlər arasında Kataloniya təmsilçisinin türkəsilli futbolçusu Yusuf Demir də olub. 18 yaşlı vinger təhlükəli epizodlar yaratmaqla yanaşı, Memfis Depaya məhsuldar ötürmə də verib.

Qeyd edək ki, müqavilə ilə "Rapid Uien"ə məxsus olan Demir icarə əsasında "Barselona"da çıxış edir.

Görüntüləri təqdim edirik: