Növbəti mövsümə hazırlığı Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, komanda “Sivasspor”la qarşılaşıb. Rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşan görüşdə “Sivasspor”un qollarına Mustafa Yatabare (50-ci dəqiqə) və Səfa Yılmaz (71-ci dəqiqə) imza atıb.
Xatırladaq ki, “Sumqayıt” daha öncə “Keçiörengücü” ilə üz-üzə gəlib və həmin oyunda da 1:2 hesabıyla uduzub.