Dortmund "Borussiya"sının futbolçusu Serxio Qomes karyerasını Belçikada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi “Anderlext” klubuna keçib. O, “Anderlext”lə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Serxio 2018-ci ilin yanvarından “Borussiya”da çıxış edir.