Amerika kubokunun A qrupunun 3-cü turunda Uruqvay - Çili qarşılaşması baş tutub.

Offsideplus.az xəbər verir ki, Eduardo Varqas 26-cı dəqiqədə komandasını önə çıxarıb. 66-cı dəqiqədə Arturo Vidalın öz qapısından keçirdiyi top Çilinin qələbə xəyallarının üstündən xətt çəkib: 1:1.

Qeyd edək ki, xalını 7-yə çatdıran Argentina A qrupunda liderdir. 2-ci pillədə isə 5 xalla Çili millisidir.

Oyunun icmalını təqdim edirik:

 Uruqvay - Çili 1:1 (A.Vidal, 66-avt. - E.Varqas, 26.)