"Partizan"ın qapıçısı Vladimir Stoykoviçin başı dərddədir.
Offsideplus.az xəbər verir ki, Serbiya kuboku çərçivəsində "Srvena Zvezda" ilə keçirilməli olan həlledici matçdan əvvəl 37 yaşlı qapıçı çarpıcı açıqlama ilə gündəmə gəlib. Stoykoviç "Partizan"ın prinsipial rəqibinə yeniləcəyi halda, zorlanılmasına razı olduğunu deyib: "Bu mövsüm lazım olan hər şeyi etdik. Kapitan kimi komanda yoldaşlarımdan razıyam. Əminliklə deyə bilərəm ki, finaldan əvvəl həyəcandan söhbət gedə bilməz. İşlər düz getməsə, günahkar mən olacam. Çünki kapitan kimi məsuliyyət üzərimdədir. Kuboku qazanmasaq, məni zorlayarsınız.
Çox istəyərdim ki, oyun penalti seriyalarına qədər uzansın. Bu baş verməsə belə, əsas hissəni biz qalib olacağıq. Kubokun çəkisinin nə qədər ağır olduğunu bilirəm. Ona görə də indidən onu necə qaldıracağımı düşünürəm".
Qeyd edək ki, dünən baş tutan oyunda "Partizan" əzəli rəqibi "Srvena Zvezda"nı məhz penalti seriyasında üstələyib - 4:3.